Xocalı soyqırımı
01 mart 2021 19:03 (UTC +04:00)

Xocalı soyqırımı

Soydaşlarımızdan Almaniya parlamentinə Xocalı soyqırımını tanımaq ÇAĞIRIŞI

Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və "İRKAZ" – Beynəlxalq Din və Mədəniyyət Elmi Mərkəzi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi çağırışı ilə Almaniya bundestaqına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimovun imzası ilə almaniyalı parlamentarilərə ünvanlanan bəyanatda 29 il öncə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyi ilə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı barədə barədə ətraflı məlumat verilib.   

Siyasətçilərin əsas vəzifəsinin ədalətsizliyin qarşısını almaq olduğunu xatırladan bəyanat müəllifi almaniyalı parlamentariləri 26 fevral tarixini Xocalı soyqırımı günü kimi tanımağa və faciə qurbanlarının xatirəsini yad eyməyə çağırıb. Qeyd edib ki, bu addım gələcəkdə oxşar hadisələrin təkrarlanmasının qarşısını ala, bölgəyə davamlı sülhün və barışın gəlməsini təmin edə bilər.

"İRKAZ" – Beynəlxalq Din və Mədəniyyət Elmi Mərkəzinin məktubunda nəzərə çatdırılıb ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayət yerli əhali arasında qorxu yaratmaq məqsədilə öncədən planlaşdırılıb və təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611
avatar

Oxşar yazılar