Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq.
Lent.az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.
Görüşdə hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş rayonların əhalisinə yardım, blokadanın qaldırılması və iqtisadi-ticari və nəqliyyat əlaqələrinin inkişafı da diqqət mərkəzində olacaq.
Eyni zamanda V. Putinin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə təkbətək görüşləri nəzərdə tutulub.