Putin 97 yaşına qədər hakimiyyətdə qalmaq  istəyir, varisini də seçib - İDDİA
03 noyabr 2025 20:15 (UTC +04:00)

Putin 97 yaşına qədər hakimiyyətdə qalmaq istəyir, varisini də seçib - İDDİA

0

Putinin ən uzun hakimiyyəti artıq Pinoçet, Kim Çen İr, Mussolini və Çauşeskunu geridə qoyub.

Rusiya prezidenti Vladimir Putin 2050-ci ilə qədər hakimiyyətdə qalmaq istəyir və bundan sonra vəzifəni hazırda 10 yaşında olan oğlu İvana təhvil verəcək.

Lent.az bildirir ki, bu barədə Britaniyanın "Daily Star" tabloid qəzeti məlumat verir.

Nəşr xatırladıb ki, Putin və Çin prezidenti Si Cinpin şəxsi söhbətdə uzunömürlülük və 150 ilə qədər yaşamaq imkanlarını müzakirə ediblər.

Si o zaman qeyd edib: “İnsanlar əvvəllər nadir hallarda 70 yaşına qədər yaşayırdılar, amma bu gün, 70 yaşında, hələ də uşaqsan”.

Putin cavab verib: “İnsan orqanları davamlı olaraq köçürülə bilər. Nə qədər çox yaşasanız, bir o qədər cavanlaşar və daha da çox şeyə nail olarsınız”.

Nəşr həmçinin jurnalist İlya Davlyaçinə istinad edir. O, Putinin varislik planları ilə bağlı araşdırmasında Rusiya liderinin təxminən 100 yaşına qədər hakimiyyətdə qalmaq niyyətində olduğunu iddia edir və eyni zamanda Alina Kabayevanın oğlu olan varisi İvanı da hazırlayır.

"Hətta Putinin nə qədər yaşamaq istədiyini də bilirik - 97. Bu, 2050-ci ildir. Çox sadədir - onun böyük oğlu İvan o zaman 35 yaşına çatacaq, bu yaşda Rusiyanın prezidenti seçilə bilər", - jurnalist bildirib.

Lakin Putin övladlarını və ya İvanın anası, keçmiş gimnast Alina Kabayeva ilə münasibətlərini ictimaiyyətə açıqlamır.

Məlum olduğu kimi, 2020-ci ildə Putinin səlahiyyət müddətini yenidən təyin etmək üçün yenidən yazılmış hazırkı Rusiya konstitusiyası ona 2036-cı ilə qədər prezident qalmağa imkan verir. Britaniya tabloid qəzeti Kremlin bu müddəti necə uzatmağı planlaşdırdığını izah etmir.

Hakimiyyətdə qalma müddətinə görə Putin artıq Pinoçeti (17 il), Kim Çen İri (17 il), Benito Mussolinini, İndoneziya diktatoru Suhartonu (20 il) və Rumıniyaya 24 il rəhbərlik etmiş Nikolae Çauşeskudan geridə qoyub.

Beşinci müddətinin sonunda Putin Mao Tsdonu üstələyə, altıncı müddətində isə hər biri 36 il hakimiyyətdə olan Fransisko Frankonu (İspaniya) və António d Salazarı (Portuqaliya) geridə qoya bilər.

Əgər Putin həqiqətən də 2050-ci ilə qədər hakimiyyətdə qalarsa, o, Müəmmər Qəddafini (42 il), Kim İr Seni (46 il) və Fidel Kastronu (49 il) geridə qoyaraq 50 il (uşaqlıq illəri də daxil olmaqla) hakimiyyətdə olan İvan Qroznıdan bəri Rusiyanın ən uzun müddət hakimiyyətdə olan hökmdarı olacaq.

Putinin yaxın ətrafı Rusiya prezidentinin müddətinin uzadılması məsələlərini fəal şəkildə araşdırır və sentyabr ayında Səhiyyə Nazirliyinə təcili olaraq qocalmanın qarşısının alınması ilə bağlı bütün mövcud elmi tədqiqatları toplamaq tapşırılıb. “The Times” qəzeti ötən il vəziyyətlə tanış mənbələrə istinadən xəbər verib.

Nəşrin məlumatlarına görə, "qocalma əleyhinə dərman" layihəsi Putinin yaxın dostlarından biri və Kurçatov Nüvə Tədqiqatları İnstitutunun rəhbəri 77 yaşlı Mixail Kovalçuk tərəfindən hazırlanır. Putinin böyük qızı, endokrinoloq Mariya Vorontsova da bu layihədə iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 902

Oxşar yazılar