Rəsmi Yeravan ATƏT-in Minsk Qrupundan Bakı ilə danışıqlara başlamağın təşkilini xahiş edib.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Ermənistan ATƏT-dən Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlamaqda yardım etməsini istəyib.
Ermənistanın Xarici İşlər Nazirliyindən bildirilib ki, müraciət BMT-nin nizamnaməsinə uyğun edilib.
Xatırladaq ki, ATƏT Minsk Qrupuna ABŞ, Rusiya və Fransa daxildir.