Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub
30 may 2023 10:08 (UTC +04:00)

Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib.

Digər 15 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3381
avatar

Oxşar yazılar