Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Yunanıstanın Ege dənizində 12 mil irəliləməsi ilə bağlı sərt danışıb:
“Nəinki 12 mil, bir mil belə genişlənməsinə icazə verməyəcəyik. Yalançı qəhrəmanlıq dalınca qaçmayın. Bunun sonunun yaxşı olmayacağını bilirsiniz”.
Çavuşoğlu, həmçinin Fransadakı PKK terrorçularının aksiyaları ilə bağlı da açıqlama verib:
“Həmişə deyirik. Alovla oynamayın. Axırda bu özünüzü yandıracaq. Ümid edirəm ki, müttəfiqlərimiz bundan dərs çıxaracaq”.