Britaniya Azərbaycana müdafiə attaşesi təyin etdi - İLK DƏFƏ
14 mart 2025 09:46 (UTC +04:00)

Britaniya Azərbaycana müdafiə attaşesi təyin etdi - İLK DƏFƏ

Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, müdafiə attaşe kimi komandir leytenant Gavin Tarbard təyin edilib.

"Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək", - məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar