Rusiya prezidenti Vladimir Putin heç vaxt Ukraynanı ələ keçirə bilməyəcək.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ABŞ prezidenti Co Bayden buna əmin olduğunu bildirib.
"Ukrayna heç vaxt Putin tərəfindən tutulmayacaq. O, bir şəhəri tuta bilər, amma bütün ölkəni tuta bilməz”, - Bayden bəyan edib.
Eyni zamanda Bayden ABŞ Konqresini Ukraynaya dəstək üçün 12 milyard dollarlıq paket qəbul etməyə çağırıb.