19 iyunda həbs edilənlərin apelyasiya şikayəti qəbul edilmədi
24 iyun 2011 17:45 (UTC +04:00)

19 iyunda həbs edilənlərin apelyasiya şikayəti qəbul edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində iyunun 19-da İctimai Palatanın etiraz aksiyalarında tutularaq 5 sutka müddətinə azadlıqdan məhrum edilən KXCP üzvü Orxan Carçıyev və AXCP üzvü Qafqaz Məmmədovun apelyasiya şikayətinə baxılıb.

Lent.az-ın məlumatına görə, KAXCP üzvünün şikayətinə Sahibxan Mirzəyev, AXCP üzvünün şikayətinə isə Mirzəli Abbasov sədrlik edib.

Qeyd edək ki, apellyasiya şikayətində Orxan Carçıyev və Qafqaz Məmmədovun hər birinə 4 min manat təzminat ödənməsi barədə qərar çıxarılması istənilirdi.

Xatırladaq ki, adı çəkilən şəxslərin ikisi də artıq həbs müddətlərini başa vuraraq, azadlığa çıxıblar.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar