Ayvor İçikovitz: “Gələcəkdə aviasiya sahəsində də əməkdaşlıq olacaq” – MÜSAHİBƏ
Fevralın 20-dən 24-dək Birləşmiş Ərəb Əmirliklərində keçirilən İDEX-2011 beynəlxalq müdafiə sərgisində Azərbaycanın minaya qarşı qorumalı nəqliyyat vasitələrinin istehsalı üzrə beynəlxalq tərəfdaşı olan CAR-ın «Paramount Group» şirkəti də özünün yeni texnologiyalarını nümayiş etdirib. Şirkət eyni zamanda sərgiyə qatılan Azərbaycanın nümayəndə heyəti üçün yeni texnologiyası olan «Mbombe» döyüş maşınının təqdimatını keçirib. Sərgidə iştirak edən «Paramount Group»un prezidenti Ayvor İçikovitz (Ivor Ichikowitz) APA-ya müsahibəsində rəhbərlik etdiyi şirkətin fəaliyyəti və Azərbaycanla əməkdaşlıq barədə danışıb.
- «Paramount Group» postsovet məkanında müdafiə sənayesinə investisiya yatıran ilk CAR şirkətidir. Rəhbərlik etdiyiniz şirkətin fəaliyyəti barədə Azərbaycan ictimaiyyətinə hansı bilgiləri verə bilərsiniz?
- Öncə deyim ki, biz çox şadıq və qürur duyuruq ki, MDB məkanına gələn ilk böyük müdafiə şirkətiyik. Azərbaycanın prezidenti İlham Əliyev uzaqgörən siyasət yürüdərək milli müdafiə sənayesini yaratdı. Azərbaycan bu sahədə dünyanın qabaqcıl şirkətləri ilə işbirliyinə böyük önəm verir. Düşünürəm ki, bu kontekstdə «Paramount Group»un təcrübəsi və əməkdaşlığımız Azərbaycan üçün böyük fayda verə bilər. Bizim texnologiyalar ilə Azərbaycan alıcı ölkədən istehsalçı ölkəyə çevrilə bilər. Artıq faktdır ki, Azərbaycan MDB məkanında minaya qarşı qorumalı nəqliyyat vasitələrinin ən böyük istehsalçısına çevrilir. Azərbaycana bu sahədə kömək üçün əlimizdən gələni etməyə hazırıq.
- Bu gün «Paramount Group» böyük rəqabətin getdiyi dünyanın müdafiə bazarında öz yerini necə görür?
- «Paramount Group» Cənubi Afrika bölgəsində minaya qarşı qorumalı nəqliyyat vasitələrini istehsal edən ən böyük şirkətdir. Bununla da dünya bazarında şirkətimiz öz mövqeyini qorumaqdadır. Müdafiə sahəsi dünyada tez böyüyən sahədir. Dövlətlər bu sahəyə külli miqdarda vəsaitlər yatırırlar. Onu da qeyd etmək istərdim ki, biz bu maşınların istehsalında elə bir səviyyəyə çatmışıq ki, istehsala dövlətin vəsaitini deyil, öz vəsaitimizi də yatırırıq.
- «Paramount Group»un istehsal etdiyi maşınlar minaya qarşı qorumalılığına görə analoqlarından nə ilə fərqlənir?
- Tədqiqatlarımız göstərir ki, başqa maşınlar əsasən 30 il əvvəlki texnologiyalar əsasında yaradılır. Bir sıra ölkələr əsasən həmin maşınları modernləşdirməklə məşğuldurlar. Demək olar ki hansısa yeni bir şey ortaya qoymurlar. Bu 30 ildə çox şey dəyişilib. Bombalar təkmilləşib, eyni zamanda maşınların istehsalında istifadə edilən materiallar da müasirləşib. Buna görə də şirkətlər daim araşdırmalara yer verməli, yeniliklərə maraqlı olmalıdırlar. «Paramount Group» bu maşınları istehsal edərkən demək olar ki, ağ kağızdan başlamışdı. Biz bu maşınlarımızda yeni texnologiyalardan istifadə eləmişik. Ən müasir texnologiyaları tətbiq edir və mütəmadi olaraq bu sahədə yenilikləri təqib edirik. Biz Əfqanıstan və İraq təcrübəsini yoxlayıb, bu şəraitlərdə davamlılığını nəzərə almışıq. Halbuki bizim rəqib şirkətlərdə 30 il əvvəlki texnologiyalar qalır. Azərbaycanda istehsal edilən maşınlar ən yeni texnologiyalara əsaslanır. Artıq Azərbaycanla birgə istehsalımız başqa ölkələrin də diqqətinə və marağına səbəb olub. Bəzi dövlətlər hələ də inana bilmirlər ki, Azərbaycan belə texnologiyanı ölkəyə gətirə bilər. Bir şeyi də demək istərdim. Bizə Azərbaycandan sonra əməkdaşlıqla bağlı müraciət edənlər oldu. Bildirdik ki MDB-dən əsas partnoyorumuz Azərbaycandır. Kimsə bu texnologiyalardan istifadə etmək istəyirsə MSN-ə müraciət etsin. Bu maraq bizi qürurlandırır. Bu nailiyyət eyni zamanda prezidentinizin uzaqgörən siyasətinin nəticəsidir. O sıfırdan hərbi sənayeni qurdu.
- “Paramount Group” gələcəyi necə görür? Qlobal səviyyədə planlarınız nədən ibarətdir?
- “Paramount Group” bu gün sürətlə böyüyən bir şirkətdir. Bizim istehsal qabiliyyətimiz ildən ilə 50% artır. Sektora yatırdığımız sərmayələr də ilbəil artır. Biz qlobal səviyyədə Azərbaycanı strateji partnyor kimi görürük. Təbii ki, «Paramount Group» böyüdükcə Azərbaycanla əlaqələri də genişlənəcək. Bir məsələni də qeyd etmək istərdim. Hər bir əməkdaşlıqda biz öyrənmə mərhələsini keçiririk. Biz gördük ki, Azərbaycanla işləmək başqa ölkələrlə işləməkdən tamamilə fərqlidir. Eyni zamanda bu, növbəti mərhələdə hansı sahələrdə - aviasiya, dəniz, quru və s. işbirliyi qura bilmə imkanlarımızı öyrənməkdə bizə kömək oldu.
- Son texnologiyanız olan «Mbombe» döyüş maşını barədə məlumat verməyinizi xahiş edirik. Bu maşın hansı şəraitlər üçün nəzərdə tutulur? «Mbombe» ilə bağlı planlarınız nədən ibarətdir?
- İlk dəfə ötən ilin sentyabr ayında Keyptaunda keçirilən sərgidə nümayiş etdirilmiş bu maşına dünyada böyük maraq var. «Mbombe» istənilən şəraitə uyğunlaşdırıla bilər. Sərhəd nəzarətində tətbiq oluna bilər, komanda məntəqəsi, döyüşmaşını, ambulans kimi də istifadəsi mümkündür. Ümid edirik ki bizim bu yeni texnika gələcəkdə müdafiə strukturlarının müraciət etdiyi əsas döyüş maşınlardan biri olacaq. Biz bu yeni texnikamızı İDEX sərgisində Azərbaycanın müdafiə sənayesi naziri, müdafiə naziri və Dövlət Sərhəd Xidmətinin rəisinə təqdim etdik. Açığını deyim ki Azərbaycandan bu texnikaya maraq daha böyükdür.
- «Mbombe»nin də «Matador» və «Marauder» kimi Azərbaycanla birgə istehsalı mümkündürmü?
- Hesab edirəm ki, bu möhtəşəm layihə olar. «Mbombe»nin istehsalı BTR-lərin yeni, daha müasir və üstün döyüş maşınları ilə əvəzlənməsi deməkdir. Qeyd etmək istəyirəm ki, bu «Matador» və «Marauder»dən tam fərqli bir maşındır. Dizaynı və xüsusiyyətləri fərqlidir. Ümumilikdə bu maşınları bir yerdə istifadə etmək olar. Fikrimcə, «Mbombe»nin istehsalının Azərbaycana böyük faydası ola bilər.
- Bu günədək MSN-lə birgə nə qədər nəqliyyat vasitəsi istehsal etmisiniz? Bu sayın artırılması nəzərdə tutulurmu?
- İstehsal prosesi qrafikə uyğun gedir. Hazırda MSN-lə bir yerdə Müdafiə Nazirliyi və digər strukturlar ilə bu sahədə sifarişin sayının artırılmasına dair danışıqlar aparırıq. Ümid edirəm ki, yeni sifarişlərimiz olacaq və istehsalı davam etdirəcəyik.
- «Paramount Group»un fəaliyyət sahəsinə aviasiya, kosmik və dəniz sahəsi də daxildir. Döyüş maşınlarının istehsalından savayı, digər hansı sahələrdə Azərbaycanla əməkdaşlıq etmək niyyətindəsiniz?
- Düşünürəm ki, gələcəkdə aviasiya sahəsində əməkdaşlıq olacaq. Dəniz sahəsində də əməkdaşlıq üçün böyük perspektivlər var. Amma hələlik bu sahədə heç bir danışıqlar aparmırıq. Biz bir şirkət olaraq MSN-lə əməkdaşlıqdan şadıq və qeyd etdiyim kimi əməkdaşlıq üçün böyük potensial görürük. Eyni zamanda çox məmnunuq ki, müdafiə sənayesini yeni quran Azərbaycan kimi bir dövlətə bu sahədə dəstək veririk. Təbii ki, əməkdaşlığa başlarkən, öyrənmə mərhələsində bəzi səhvləri də etmişik. Amma gələcək planlarımıza ümidlə baxır, uzun müddətli əməkdaşlığın detallarını düşünürük. Azərbaycan hökumətinin silahlı qüvvələrin inkişafı üçün nə istədiyini görür və çalışırıq ki, dövlət istəyinə nail olsun. Əsası odur ki, əməkdaşlığımızı hərbçilərlə başladıq. Bizim istehsal etdiyimiz nəqliyyat vasitələri insanları mina və bomba partlayışları kimi təhlükələrdən qoruyur. Hərbçilər çox təhlükəli vəziyyətlərdə işləyirlər və onların təhlükəsizliyi bu gün ən vacib məsələlərdəndir. Azərbaycan prezidentinin bu sahəyə diqqət ayırması da onu göstərir ki, o, hərbçilərin təhlükəsizliyinə böyük önəm verir. Amma bəzi hökumətlər bu kimi məsələlərə diqqət ayırmır, hərbçiləri müdafiəsiz qoyurlar.

895