BMT-dəki daimi nümayəndəmiz Xocalı qətliamı ilə bağlı məktub göndərib
APA-nın Vaşinqton bürosunun məlumatına görə, bu fikirlər Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin BMT baş katibinə ünvanlandığı məktubda öz əksini tapıb.
O qeyd edib ki, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi dəhşətli beynəlxalq cinayətlər Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində törədilib.
“Şəhərin işğal olunması nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və yaşlı insanlar öldürülüb, minlərlə dinc sakin yaralanıb və girov götürülüb, bir çoxu itkin düşüb, şəhər yerlə-yeksan olub. Xocalıda ağlasığmaz vəhşiliklər törədilib, hamilə qadınların başının dərisi soyulub, başı kəsilib, süngüdən keçirilib, cəsədlər tanınmaz hala salınıb. Bu faktlar sübut edir ki, Xocalı sakinlərinə qarşı törədilmiş qırğının məqsədi onları azərbaycanlı olduqları üçün məhv etmək idi. Xocalı sonrakı təcavüz, işğal və etnik təmizləmə üçün meydan kimi seçilmişdi”.
Məktubda qeyd olunur ki, Ermənistan rəsmiləri azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri millətin və ölkənin müasir tarixə yolunu açan şanlı qələbə kimi qələmə verirlər.
“Azərbaycan hökuməti dəfələrlə qeyd edib və mənə də tapşırılıb bildirim ki, Xocalı soyqırımı və Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilmiş digər dəhşətli cinayətlərə görə Ermənistan beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı və bu cinayətlərin törədilməsində iştirak edənlər və onlarla əlbir olanlar fərdi cinayət məsuliyyətinə cəlb olunmalıdır. Biz qeyd edirik ki, ədalət olmadan uzunmüddətli və davamlı sülh bərqərar ola bilməz və ən ağır beynəlxalq cinayətlərə görə cəzasızlığa son qoyulması təkcə fərdi cinayət məsuliyyəti baxımından deyil, həm də sülh, ədalət, barışıq və zərərçəkmişlərin hüquqları baxımından çox vacibdir”.
Qeyd edək ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin Xocalı qətliamı ilə bağlı məktubu BMT-yə üzv dövlətlərin nümayəndəliklərinə göndərilib.

488