Slovakiya səfirliyi: “Aşot Qriqoryanın səfəri onun şəxsi təşəbbüsüdür”
01 mart 2011 17:55 (UTC +04:00)

Slovakiya səfirliyi: “Aşot Qriqoryanın səfəri onun şəxsi təşəbbüsüdür”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, məktubda qeyd edilən səfərin birmənalı olaraq Slovakiya vətəndaşı A.Qriqoryanın şəxsi təşəbbüsü olduğu, Yerevanda keçirilmiş mətbuat konfransı zamanı Qriqoryan tərəfindən səfərin rəsmi xarakter daşıması və Slovakiyanın “Eksimbank”ının Dağlıq Qarabağda layihələr maliyyələşdirəcəyi fikirlərinin tamamilə yanlış olduğu bildirilir.

Bundan əlavə, məktubda, Slovakiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyinin dəyişilməz olaraq qaldığı, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələri əsasında həll edilməsinin vacibliyi vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar