Türkiyədə Xocalı soyqırımına həsr olunmuş elmi konfrans keçirilib
Fevralın 25-də səfirlik, Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi və Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Qurumu (USAK) ilə birlikdə geniş tərkibli elmi konfrans keçirilib. Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə, səfirliyin təşkil etdiyi konfranslarda çıxış etmək məqsədilə Ankara şəhərinə ezam olunmuş professor Cəmil Həsənli, eləcə də millət vəkilləri Qənirə Paşayeva və Elman Məmmədov, Türkiyənin Xarici İşlər Nazirliyinin Orta Asiya və Qafqaz Baş Departamentinin rəisi Əhməd Dəmirər, Qafqaz departamentinin rəisi Nurdan Bayraktar və nazirliyin digər yüksək vəzifəli rəsmiləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin çox sayda təmsilçisi, TÜRKSOY-un nümayəndələri, elm adamları, diaspor nümayəndələri, tələbələr və KİV nümayəndələri iştirak ediblər.
Konfrans iki sessiya olaraq türk dilində gerçəkləşib. Konfransda əcnəbi iştirakçıların olduğu nəzərə alınaraq səfirlik tərəfindən ingilis dilinə sinxron tərcümə xidmətinin verilməsi təmin olunub. Birinci sessiyanı USAK-ın Cənubi Qafqaz və Xəzər üzrə mütəxəssisi Güner Özkan aparıb. Konfransın açılış nitqini səfir Faiq Bağırov həyata keçirdikdən sonra professor Cəmil Həsənli Azərbaycanın xarici siyasət tarixindən, millət vəkili Qənirə Paşayeva Azərbaycanın təhlükəsizlik problemi və Ermənistan ilə əlaqələrinin tarixindən, millət vəkili Elman Məmmədov canlı şahid kimi Dağlıq Qarabağ problemi və Xocalı soyqırımından bəhs ediblər. Sonda Heydər Əliyev Fondunun Türkiyə nümayəndəsi Samir Cəfərov Xocalı soyqırımını geosiyasət nöqteyi-nəzərindən tədbir iştirakçılarına anladıb. Birinci sessiyanın sonunda sual-cavab mərhələsində maraqlı və effektiv müzakirələr aparılıb.
İkinci sessiyanı USAK-ın Orta Asiya departamentinin sədri Mustafa Turqut Dəmirtəpə idarə edib. İkinci sessiyada ilk söz USAK-ın sədr müavini professor Kamer Kasıma verilib. O, öz çıxışında Azərbaycan-Türkiyə əlaqələri və Ermənistan ilə imzalanmış protokollardan ətraflı şəkildə söz açıb.
Daha sonra söz Uludağ Universitetinin professoru Tayyar Arıya verilib. T. Arı Azərbaycan-Türkiyə əlaqələrinin strateji əhəmiyyətindən və regional sülhün bərpası üçün bu iki ölkənin müştərək fəaliyyətinin zəruriliyindən bəhs edib.
İkinci sessiyanın sonunda Uludağ Universitetinin dosenti Barış Özdal Dağlıq Qarabağ problemi və Azərbaycanın işğal altındakı rayonlarından, eləcə də sözügedən problemin həlli prosesindən geniş şəkildə danışıb. Sual-cavab mərhələsi ilə konfrans başa çatıb.
Konfrans zamanı USAK-da Xocalı soyqırımını anladan rəsmlərdən ibarət sərgi təşkil olunub. Bundan əlavə, AR Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu “Azərbaycan-Qloballaşmanın tələbləri”, yeni çapdan çıxmış millət vəkili Qənirə Paşayevanın və Həvva Məmmədovanın müəllifi olduğu “Xocalı Soyqırımı”, professor Aygün Attarın müəllifi olduğu “Qarabağ Problemi çərçivəsində ermənilər və erməni siyasəti” kitabları, Xocalı soyqırımı ilə bağlı DVD və broşuralar tədbir iştirakçılarına paylanılıb.

510