Kiyevdə Xocalı soyqırımına həsr olunmuş mətbuat konfransı keçirilib - FOTO
Lent.az-ın məlumatına görə, konfransda təşkilatın rəhbəri, hüquq elmləri namizədi Hikmət Cavadov Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək bildirib ki, dünya ictimaiyyətinə ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımı olduğu kimi çatdırmaq lazımdır.
Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayev ermənilərin ayrı-ayrı dövrlərdə Qarabağ probleminin yaranmasında xəyanətkar siyasəti haqqında məlumat verib.
“Azərbaycanın sözü” qəzetinin baş redaktoru Dmitri Kulubaba Xocalıda baş verən hadisələrin tək faciə yox, soyqırım olduğunu söyləyib, belə hadisələrin bir daha təkrar olunmaması üçün davamlı tədbirlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib. Sonra jurnalistlərin suallarına ətraflı və dolğun cavablar verilib. Sonda mətbuat konfransının iştirakçılarına ukrayna dilində nəşr olunan “Xocalı – tarixin silə bilmədiyi yaddaş” informasiya bülletenləri paylanılıb. Mətbuat konfransında jurnalistlərlə yanaşı Azərbaycan diasporunun fəalları da iştirak ediblər.
Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı mətbuat konfransının keçirilməməsinə Kiyevdə yaşayan erməni fəalları səy göstərsələr də cəhdləri baş tutmayıb.
Azər Qardaşlı

691