İzmirdə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24 fevral 2011 16:51 (UTC +04:00)

İzmirdə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Millət vəkili Qənirə Paşayevanın Lent.az-a verdiyi məlumata görə, tədbirdə Azərbaycanın istanbuldakı baş konsulu Həsən Zeynalov, Türkiyə Böyük Millət Məclisinin üzvü Şenol Bal, İzmirin bələdiyyə başçısı və valisinin müavinləri, Türkiyənin bir sıra ictimai-siyasi xadimləri, elm adamları, QHT təmsilçiləri, millət vəkili Elman Məmmədov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyənin Giresun Unversiteninin alimi Aygun Attar iştirak ediblər.

Həsən Zeynalov, Şenol Bal, Qənirə Paşayeva, Elman Məmmədov, Tənzilə Rüstəmxanlı və Aygun Attar çıxışlarında Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla, dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi barədə danışıblar.

Erməni silahlılarının, erməni terror təşkilatlarının 1905-07, 1918-ci illərdə Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, 1948-53-cü ildə yüz minlərlə azərbaycanlının bu günkü “Ermənistan” ərazisindən – öz ata-baba yurdlarından zorla deportasiya edilmələri, 1988-ci ildə Ermənistan dövlətinin apardığı etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlıların Ermənistandan zorla qovulması və bu gün orada bir nəfər belə olsun azərbaycanlının yaşamaması barədə də ətraflı məlumat veriilb. Çıxışçılar bildiriblər ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk Dünyası birgə çalışmalı və səylərini daha artırmalıdırlar.

Tədbirdə Xocalı Soyqırımı ilə bağlı film nümayiş etdirilib, Xocalı soyqırımını əks etdirən foto sərgi, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri ilə bağlı hazırladığı kitablar və filmlər, Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə Türkiyə türkcəsində hazırlanmış, “Hocalı Soykırımı: tanıkların dilinden” kitabı tədbir iştirakçılarına təqdim edilib. Eyni zamanda Türkiyədə təhsil alan tələbələrin hazırladığı Xocalı soyqırımı ilə bağlı tamaşa da göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar