“Bir daha soyqırıma yol verilməsin!” - FOTO
Fevralın 23-də Mexiko şəhərində Xatirə və Dözümlük Müzeyində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Bir daha soyqırıma yol verilməsin!” mövzusunda konfrans keçirilib.
Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Markos Peres, Meksika Hökuməti yanında İnsan Hüquqları Komissiyasının Koordinatoru Leonardo Mier və “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının Meksika üzrə koordinatoru Ximena Olqin çıxış ediblər.
Ximena Olqin Xocalı soyqırımı haqda və Xocalıda baş vermiş qəddar cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində “Xocalıya Ədalət” kampaniyası ilə bağlı məlumat verib və Xocalı qətliamı qurbanlarının xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib. Səfir İlqar Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin tarixi kökləri, son iki yüz il ərzində xalqımıza qarşı törədilmiş etnik təmizləmə və deportasiya siyasəti barədə danışıb. Çıxış zamanı Xocalı soyqırımını əks etdirən video və fotoşəkillər, habelə Azərbaycanın tarixi xəritələr nümayiş olunub. İlqar Muxtarov Azərbaycanın tarixi ərazilərinin bölünməsi, XX əsr ərzində baş vermiş deportasiya və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrindən söz açıb və Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Xocalıda baş vermiş soyqırımın müqəssirləri sırasında olduğunu nəzərə çatdırıb.
Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Markos Peres, Xocalıda baş vermiş hadisələri “soyqırım” adlandırıb: “Xocalının yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə dünya xəritəsindən silinib”. O, Xocalı sözünün Azərbaycan xalqı üçün xüsusi məna kəsb etdiyini və məhv edilmiş şəhərin insanların ürəyində daim yaşayacağını söyləyib. Markos Peres Meksika Konqresinin də bu hadisələrə laqeyd qalmayacağını və Xocalı soyqırımı haqda öz ədalətli mövqeyini bildirəcəyinə inandığını dilə gətirib.
Meksika İnsan Hüquqları Komissiyasının Koordinatoru Leonardo Mier təmsil etdiyi qurumun Xocalıda baş vermiş insanlığa qarşı cinayətlər kimi hadisələrə heç vaxt etinasız qalmadığını və Meksika İnsan Hüquqları Komissiyasının Xocalı hadisələrinin araşdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, bu kimi cinayətlər və işğal nəticəsində həyatlarını itirmiş insanların xatirəsinin yad edilməsi vacib sayıb, bu dəhşətli hadisə zamanı müxtəlif fiziki, mənəvi və maddi məhrumiyyətlərlə qarşılaşmış insanların qayğısına qalmağı zəruri hesab edib. Leonardo Mier bildirib ki, bu hadisələr hələ də sadəcə faciə adlandırılır və bu kimi cinayətlərin dünyanın hər hansı bir nöqtəsində yenidən baş verməsinin qarşısını almaq üçün Beynəlxalq Məhkəmə və İnsan Hüquqları institutları ilə sıx əməkdaşlıq etmək vacibdir.
Tədbir zamanı 2010-cu ildə Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən Xocalı soyqırımından bəhs edən və ispan dilində ilk dəfə olaraq hazırlanmış sənədli film və “Xocalıya Ədalət” kampaniyası çərçivəsində aparılan fəaliyyəti əks etdirən fotoşəkillər nümayiş etdirilib. O cümlədən 2010-cu ildə Mexiko şəhərində təqdimatı keçirilmiş “www.justiciaparajodyali.org” internet səhifəsi barədə də məlumat verilib.
Konfrans iştirakçılarına, üzərində “Justicia para Jodyali” (Xocalıya Ədalət) yazılmış köynəklər, ispan dilində “Xocalı soyqırımı” sənədli filminin diskləri, Xocalı faciəsindən bəhs edən buklet və döş nişanları təqdim olunub. Konfransda iştirak edənlər “Dünya liderlərinə müraciət” (“petition”) kitabına öz imzalarını əlavə ediblər.

672