Səfir: “Ümidvarıq ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə daha da genişlənəcək”
24 fevral 2011 13:32 (UTC +04:00)

Səfir: “Ümidvarıq ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə daha da genişlənəcək”

APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib. M. Brayza ABŞ-ın davam edən dinamik inkişafı daha da artırmaq üçün Azərbaycana kömək etməyə hazır olduğunu bəyan edib. Səfir ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqin bu gün Azərbaycana gələcəyini xatırladaraq deyib ki, səfər zamanı bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ problemi, ölkədə bazar iqtisadiyyatı və iqtisadi islahatların davam etdirilməsi barədə geniş müzakirələr aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar