Şeyxülislam Xocalı soyqırımı ilə bağlı dünya dini liderlərinə müraciət etdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib.
APA-nın məlumatına görə, müraciətdə qeyd olunub ki, Qafqazın qanlı terror qurbanı - Azərbaycan şəhəri Xocalının faciəsi hələ də tarixin mühakiməsinə verilməyib, bu misli görünməmiş soyqırımı faktı dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənməyib, layiqli siyasi qiymətini almayıb: “Biz bir daha dünya ictimaiyyətinə xatırlatmaq istərdik ki, 19 il bundan əvvəl 26 fevral tarixində Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisi amansız basqına məruz qalıb, yüzlərlə insan qətlə yetirilib, qadınlara, qocalara, uşaqlara belə rəhm olunmayıb, meyitlərin üstündə eybəcər, təhqiramiz həqarətlər edilib. Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərə biganəlik terrorizmi ruhlandırmaq kimi qiymətləndirilməlidir. Ermənistan qəsbkarları öz təcavüzkarlıq planlarını genişləndirərək Azərbaycan ərazisinin 20 faizini işğal edib, minlərlə dinc əhalini girov aparıb, qəsb etdiyi torpaqlarda yaşayış məntəqələrini, məscid və qəbiristanlıqları xarabalığa çevirib, bütün maddi və mənəvi abidələri məhv ediblər”.
QMİ sədri müraciətində bildirib ki, erməni ekstremistləri elədikləri cinayətlərə görə hələ də cəza almayıb, məsuliyyətə cəlb olunmayıblar: “BMT-nin Azərbaycan torpaqlarının işğalına dair qəbul etdiyi qətnamələrdə erməni qoşunlarının qəsb olunmuş ərazilərdən çıxarılması tələbinin öz əksini tapmasına baxmayaraq, Ermənistan hələ də təcavüzkar siyasətindən əl çəkmək istəmir. Dünyaya car çəkdiyimiz Xocalı faciəsinin tanıdılması istiqamətində aparılan işlərin miqyası genişləndikcə tarixin mühakiməsinin ədalətli qərar verəcəyinə ümidlərimiz də artır. Biz bu hüznlü günün növbəti ildönümündə bir daha bütün dünya ictimaiyyətinə müraciət edərək Azərbaycan xalqının faciəsinə biganə qalmamağa, Xocalıda törədilmiş faciəni əsl soyqırımı kimi qiymətləndirərək prinsipial hüquqi və siyasi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həlində bizə dəstək olmağa, haqq səsimizə səs verməyə çağırırıq. Qoy Rəbbimiz doğrunu yanlışdan seçməkdə bizlərə yardımçı olsun və üstümüzdən mərhəmətini əsirgəməsin! Amin!”

538