Aktauda Xocalı soyqırımına həsr olunmuş mərasim keçirib - FOTO
Fevralın 22-də Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu “Xocalıya ədalət” kompaniyası çərçivəsində Xocalı soyqırımının 19-cu il dönümünə həsr olunmuş mərasim keçirib.
Azərbaycanın Aktaudakı baş konsulluğunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Aktau şəhərində keçirilən mərasimdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, Aktau şəhər ictimaiyyətinin, digər diaspora təşkilatlarının və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Xocalı soyqırımının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan baş konsulumuz Rəşad Məmmədov 19 il əvvəl Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım haqqında geniş məlumat verib, Xocalı soyqırımının dünya ölkələri rəhbərləri və parlamentləri tərəfindən siyasi qiymət verilməsini vacib sayıb. O, ermənilərin 200 il ərzində xalqımıza qarşı apardığı soyqırım siyasətindən geniş danışıb.
Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, professor Yusif Quliyev, Aktau şəhərinin fəxri sakini, soydaşımız Cəmil Həbibov, “Dostluq” milli-mədəni cəmiyyətinin sədrinin müavini Bəxtiyar Məsimov də çıxış edib, Ermənistan silahlıları tərəfindən Xocalı şəhərində yaşayan dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırımı insanlığa qarşı törədilmiş bir cinayət kimi qiymətləndiriblər.
Çıxışlardan sonra baş konsulluğun vitse-konsulu Emil Muradzadə tədbir iştirakçılarına “www.justiceforkhocaly.org” saytı haqqında məlumat verib və beynəlxalq təşkilatların rəhbərlərinin, dünyanın aparıcı ölkələrinin dövlət başçılarının və parlamentlərinin Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanınması ilə bağlı saytda keçirilən kampaniyaya qoşulmasının vacib olduğunu vurğulayıb.
Mərasim keçirilən zalda Xocalı soyqırımı faciəsini əks etdirən foto sərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilib. Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı sənədli film göstərilib.
Qeyd edək ki, “Xocalıya ədalət” kompaniyası çərçivəsində Aktau şəhərində Baş konsulluğu tərəfindən 23 fevral tarixində Aktau şəhərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə tədbir və 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçiriləcək. Bundan əlavə, baş konsulluğun konsul dairəsinə daxil olan Qazaxıstan Respublikasının Atırau, Aktyubinsk və Qərbi-Qazaxıstan vilayətlərində fəaliyyət göstərən azərbaycanlıların milli-mədəni cəmiyyətləri tərəfindən Xocalı faciəsi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

751