BDP İstanbuldan erməninin deputatlığa namizədliyini irəli sürəcək
21 fevral 2011 17:51 (UTC +04:00)

BDP İstanbuldan erməninin deputatlığa namizədliyini irəli sürəcək

Türkiyədə parlament seçkilərinə bu dəfə də partiya siyahısı yox, dairələrdən irəli sürdüyü müstəqil namizədlərlə qatılmağa hazırlaşan Barış və Demokrat Partiyası (BDP) İstanbulda erməni əsilli şəxsi namizəd göstərəcək.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, PKK terror təşkilatının siyasi qanadı olan BDP-nin Mərkəzi İdarə Heyəti artıq Türkiyədəki müxtəlif etnik qrupların təmsilçilərinin namizəd göstərilməsi barədə prinsipial qərar qəbul edib.


Buna səbəb ötən il sentyabr 12-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum zamanı “Yetməz, ancaq əvət!” kampaniyasında iştirak edən professor Mithat Sacar, yazar Roni Margulies, professor Ahmet İnsel və Türkiyədəki erməni toplumunun liderlərinin BDP sədri Səlahettin Demirtaş ilə görüşərək belə bir təkliflə çıxış etmələri olub. İstanbulda etnik azlıqların daha çox yaşadığı 2-ci dairədən erməni əsilli qəzetçi-yazar Hayko Bağdatın namizədliyinin dəstəklənməsi təklif edilib və təklifə müsbət yanaşan BDP sədri məsələni Mərkəzi İdarə Heyətində müzakirəyə çıxarıb.


BDP Mərkəzi İdarə Heyətinin qərarına görə, PKK terror təşkilatı üçün terrorçu hazırlamaqda şübhəli sayılan ictimai təşkilatın (KCK) hazırda həbsdə olan bir sıra üzvləri də deputatlığa namizəd olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar