Donetskdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib -
İslam Konfransı Gənclər Forumu, Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin birgə təşəbbüsü ilə Donetsk şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirə Donetsk vilayətinin rəsmi nümayəndələri, diaspora fəalları, jurnalistlər, yerli və xarici tələbələr qatılıblar.
Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov çıxışında ermənilərin son 2 əsirdə Azərbaycanda həyata keçirtdikləri soyqırım və işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Xocalı soyqırımını insanlığa yönəlik bəşəri cinayət adlandıran Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayev son illər “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını söyləyib.
Tədbir iştirakçıları ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən “Sözün bitdiyi zaman” filminə baxıblar. Filmə baxdıqdan sonra qəhərlənən Donetsk Vilayət Azsaylı Xalqlar üzrə Komitənin sədri Natalya Ustimenko, ərəb diasporunun rəhbəri Ehsan Rufaş və digər çıxış edənlər beynəlxalq təşkilatların və dünya birliyinin belə bir bəşəri cinayətə hüquqi- siyasi qiymət verməməsini tarixi haqsızlıq kimi səciyyələndirblər.
Donetsk Azərbaycanlıları Konqresinin sədri İqbal Mahmudov Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatının rəhbəri Malik Pirverdiyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər gənclər vətənimizin sıravi əsgərləri tək istənilən zaman silaha sarılaraq torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.
İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər birliyinin Xocalıya Ədalət Kompaniyası çərçivəsində keçirdikləri tədbirlər fevralın sonunda BMT-in və ATƏT-in Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyası keçirməklə başa çatacaq.

1062