Azərbaycan Afrika İttifaqı yanında müşahidəçi statusu alıb - FOTO
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən mənzil-qərargahında Afrika İttifaqının Komissiyasının sədri Jean Pinqə etimadnaməsini təqdim edib.
Səfirlikdən Lent.az-a verilən məlumata görə, etimadnamənin təqdim olunması və Şahin Abdullayevin eyni zamanda Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi təyin olunması ilə Azərbaycan Afrika İttifaqı yanında müşahidəçi statusu alıb.
Afrika İttifaqının Komissiyasının sədri Jean Pinq Azərbaycanın təşkilat yanında müşahidəçi statusu almaq niyyətinin Afrika İttifaqı və üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. O, Azərbaycanın Afrika İttifaqı və Afrika dövlətləri ilə əməkdaşlığının bundan sonra daha sürətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib. Afrika İttifaqının Komissiyasının sədri Jean Pinq 2006-cı ildə Qabonun xarici işlər naziri vəzifəsində işləyərkən İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Azərbaycana səfər etdiyini və ölkəmizin inkişafının, xalqımızın mədəniyyətinin onu heyran etdiyini dilə gətirib.
Şahin Abdullayev Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində Afrika dövlətlərinin problemlərinə daim şərik çıxdığını və bəşəriyyəti narahat edən qlobal təhlükələrin aradan qaldırılmasında Afrika dövlətləri ilə bənzər mövqedən çıxış etdiyini nəzərə çatdırıb. O, Afrika İttifaqı yanında müşahidəçi statusu almaqla, Azərbaycanın ümumafrika problemlərini daha yaxından izləmək, bu problemlərin həllinə və aradan qaldırılmasına öz töhfəsini vermək və təşkilata üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əsasda əlaqələrini daha da inkişaf etdirmək əzmində olduğunu bildirib. Şahin Abdullayev deyib ki, Azərbaycan inkişaf etməkdə olan və təbii fəlakətlərdən əziyyət çəkən dövlətlərin tələb və ehtiyaclarına həssaslıqla yanaşır və BMT çərçivəsində razılaşdırılmış minilliyin inkişaf məqsədlərinin reallaşdırılmasına töhfə verməyə davam edəcək.
Şahin Abdullayev Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı, ATƏT-in Minsk Qrupunun fəaliyyəti, danışıqlar prosesi və Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedən söz açıb. O, tarixən təcavüz və işğal ilə üzləşən Afrika dövlətlərini Azərbaycanın ədalətli mövqeyini yaxından dəstəkləməyə çağırıb.
Etimadnamənin təqdim olunması mərasimindən sonra Afrika İttifaqının binası, Münaqişələrin İdarə Olunması və Situasiya Mərkəzi ilə tanışlıq həyata keçirilib.

940