Mərkəzi Bankda 20 Yanvar faciəsinin 21-ci ildönümü anıldı - FOTO
19 yanvar 2011 12:49 (UTC +04:00)

Mərkəzi Bankda 20 Yanvar faciəsinin 21-ci ildönümü anıldı - FOTO

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda qeyd edildi ki, bu gün müstəqil, güclü, gələcəyə əmin addımlarla addımlayan, qüdrətli Azərbaycanın azadlıq yolu 20 Yanvar faciəsindən keçir. Belə ki, 20 yanvar 1990-cı il tarixi yüzlərlə insanın ölümü ilə nəticələnməsinə baxmayaraq, hər birimizin fəxrlə yada saldığı bir tarixdir.

Tədbirdə vurğulanıb ki, keçmiş sovet dövlətinin hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Tədbirin sonunda bir daha qeyd edilib ki, xalqımızın həmin faciədə çəkdiyi iztirablara, verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar bizim təkcə faciə günümüz yox, həm də tariximizin şərəfli səhifəsidir. Bu səbəbdən Mərkəzi Bankın kollektivi qarşısında duran vəzifələri uğurla həyata keçirməklə həmişə şəhidlərimizin parlaq xatirəsini yad edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar