DSMF-də 20 Yanvar faciəsi yad edilib - FOTO
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra fondun sədri Səlim Müslümov çıxış edərək vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan tarixinin parlaq qəhrəmanlıq səhifəsi, müstəqillik uğrunda aparılan mübarizənin zirvəsi idi: “21 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mücadiləsini qıra bilməyib”.
Səlim Müslümov 20 yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, mərhum Heydər Əliyevin hakimiyyəti dövründə 1990-cı ilin 20 yanvar faciəsinə əsl hüquqi qiymət verilib, “20 yanvar Şəhidi” fəxri adı təsis edilib və bu faciənin qurbanlarının sosial müdafiəsi xüsusi nəzarətə götürülüb.
Fond rəhbəri şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər, həlak olanların ailələrinə yardım edilməsi istiqamətində görülən işlər barədə də danışıb. Daha sonra anım mərasimində 20 yanvar hadisələrində əlil olmuş vətəndaşlar öz xatirələrini bölüşüblər.
Tədbirdə xalq artisti Laləzar Mustafayevanın ifasında bədii kompozisiya səsləndirilib. Sonda bir qrup şəhid ailəsinə və əlillərə yardımlar verilib.
Elxan SALAHOV

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29