Azərbaycan prezidenti Türkiyə Jandarm Qüvvələrinin baş komandanını qəbul edib
18 yanvar 2011 20:09 (UTC +04:00)

Azərbaycan prezidenti Türkiyə Jandarm Qüvvələrinin baş komandanını qəbul edib

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özel yeni vəzifəyə təyin olunduqdan sonra ilk xarici səfərini dost və qardaş Azərbaycana etdiyini vurğulayaraq Azərbaycanı ikinci vətən saydıqlarını deyib. O, Türkiyədə gənc nəslin də bu ruhda yetişməsinə çalışdıqlarını bildirib. Necdet Özel səfər zamanı əməkdaşlığımızın inkişafına dair çox yaxşı müzakirələr apardıqlarını da qeyd edib.

Dövlət başçısı Türkiyənin yüksək rütbəli rəsmilərinin ilk xarici səfərlərini Azərbaycana etməsinin artıq yaxşı bir ənənə halını aldığını deyib. Ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin insanlar arasında da özünü büruzə verməsindən məmnun olduğunu deyən prezident İlham Əliyev hər iki ölkə rəsmilərinin sıx əlaqələrinin yaradılmasının vacibliyini bildirib. Necdet Özelin Azərbaycana səfərinin ölkəmizi yaxından tanımaq üçün yaxşı imkan yaratdığını qeyd edən dövlət başçısı qonağın azərbaycanlı həmkarları ilə səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.
# 449

Oxşar yazılar