Ombudsman 20 yanvar hadisələrinin ildönümü ilə əlaqədar bəyanat yayıb
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnmiş və tarixə 20 Yanvar faciəsi kimi düşmüş o qanlı gecədən iyirmi bir il keçir: “XX əsrdə törədilmiş ən qanlı terror aktlarından biri olan bu faciədə Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində bütün bəşəriyyətə, humanizmə, ümumən insanlığa qarşı həyata keçirilmiş müdhiş bir əməldir. Zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu müdhiş hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş, Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi kimi tariximizə həm də qürur günü kimi yazılmışdır”.
Bəyanatda 20 yanvar hadisələri zamanı Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər barədə geniş məlumat verilir, bu faciə bəşər tarixində dövlətin öz vətəndaşlarına qarşı törətdiyi ən ağır cinayətlərdən biri, misilsiz vəhşilik nümunəsi, insanlığa qarşı yönəlmiş aksiya kimi Sovet hakimiyyətinin bədnam tarixinin qara səhifələrindən biri kimi dəyərləndirilir.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29