Azərbaycanın elektron vətəndaş cəmiyyəti yaradıldı - FOTO
Lent.az-ın verdiyi məlumata görə bu barədə bu gün Landmark Biznes Mərkəzində keçirilən tədbirdə məlumat verilib.
Tədbirdə Azərbaycanın QHT sektorunun, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Portalın koordinatoru Vüqar Səfərov deyib ki, bu sayt Azərbaycanda Elektron Vətəndaş Cəmiyyəti funksiyasını yerinə yetirəcək. Layihənin məqsədi QHT-lərə fəaliyyətləri barədə müfəssəl məlumat vermək, ideyaların reallaşması üçün donorların tapılmasını təmin etməkdir. Başqa sözlə, donor və kommersiya təşkilatları ilə QHT - lər arasında şəbəkələşmənin yaradılmasına çalışılacaq.
Bunun üçün təşkilat saytda qeydiyyatdan keçməli və öz səhifəsini doldurmalıdır. Məsələn, təşkilatın keçirdiyi tədbirlər, məlumatlar, layihələr barədə hesabatlar qeyd olunmalıdır. Donorlar da qeydiyyatdan keçərək maliyyələşdirdikləri QHT-lərin fəaliyyətinə qiymət verə biləcəklər.
Bu, “Counterpart International” təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyin Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29