Zakir Həsənov Türkiyə jandarma baş komandanı ilə görüşüb
18 yanvar 2011 14:14 (UTC +04:00)

Zakir Həsənov Türkiyə jandarma baş komandanı ilə görüşüb

Bu barədə APA-ya Daxili Qoşunlardan məlumat verilib. General N. Özəlin şərəfinə Daxili Qoşunların Baş Qərargahında Fəxri Qarovul düzülüb. Qərargahda öncə şəhidlərin xatirəsinə ucaldılan abidəni ziayarət edən türkliyəli general sonra Xatirə Kitabına ürək sözlərinə yazıb.


Daha sonra daxili işlər nazirinin müavini, Daxili Qoşunlar komandanı, general-leytenant Zakir Həsənov və jandarma baş komandanı arasında görüş olub. Görüşdə hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.

Qeyd edək ki, general N.Özəlin Azərbaycana səfəri yanvarın 17-də başlayıb. Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın bir sıra qurumlarının rəhbərləri ilə görüşləri planlaşdırılır. General, həmçinin Daxili Qoşunların hərbi hissələrində və Qala Tədris Mərkəzində olacaq.
# 1120

Oxşar yazılar