Ümid Partiyasında çörək və benzinin qiyməti müzakirə edilib
Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda ölkəmizdə baş verən son hadisələr, Qarabağ Siyasi Bloku daxilində fəaliyyət istiqamətləri və partiyanın İcra Aparatının hesabatı müzakirə olunub.
Öncə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində zorakılığa məruz qalaraq öldüyü iddia edilən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elvin Əsgərovun taleyi müzakirəyə çıxarılıb. Rəyasət Heyəti çörəyin qiymətinin əvvəlki vəziyyətə qaytarılmaması, benzinin qiymətinin bahalaşması ətrafında gedən şayiələri də müzakirə edib. İclasda Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədlinin İcra Aparatının fəaliyyətinə dair hesabatı da dinlənilib və qənaətbəxş sayılıb.
Sonda isə partiya sədrinin hazırladığı “2011-2013-cü illər üçün proqram”ı müzakirə edilib və bununla bağlı Rəyasət Heyəti üzvlərinin təklifləri dinlənilib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29