Yunanıstan prezidenti Azərbaycana apreldə gələcək
Yunanıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər prezident İlham Əliyevin dəvəti ilə həyata keçiriləcək, Azərbaycan prezidentinin 2009-cu il fevralın 16-18-də Yunanıstana rəsmi səfərinə cavab xarakteri daşıyır. K. Papulyasın səfəri çərçivəsində Azərbaycan-Yunanıstan biznes-forumunun keçirilməsi də nəzərdə tutulur. Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır. Sənədlər nəqliyyat, ətraf mühit, və s. sahələri əhatə edir. K. Papulyas Bakı Slavyan Universitetində olacaq, orada fəaliyyət göstərən Yunan dili və mədəniyyəti Mərkəzi ilə tanış olacaq, müəllim və tələbə heyəti ilə görüşəcək.
Prezidentin səfərindən öncə - fevralın 2-də isə Bakıda Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Qeyd edək ki, iclas ötən il noyabrın 26-da keçirilmə idi, lakin texniki səbəbdən təxirə salınıb. İclasın sonunda yekun protokolu imzalanacaq.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29