BAXCP-dən “Şahdağ” turist şəhəri təşəbbüsü
17 yanvar 2011 14:28 (UTC +04:00)

BAXCP-dən “Şahdağ” turist şəhəri təşəbbüsü

Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda Nazirlər Kabinetinin Azərbaycan Respublikası prezidentinin sədrliyilə keçirilən və 2010-cu ilin yekunlarına həsr olunmuş iclası müzakirə olunub.

BAXCP İdarə Heyəti hesab edir ki, 2011-ci ildə ölkədə 5 iri beşulduzlu otelin açılması iqtisadi cəhətdən nə qədər böyük önəm daşısa da, Azərbaycanın inkişafı və xoşbəxt gələcəyi siyasi sisteminin möhkəmləndirilməsi üçün siyasi islahatların aparılmasından keçir. BAXCP ümid edir ki, 2011-cu ilin “Turizm ili” elan olunmasına baxmayaraq, bu il Azərbaycan tarixində həm də böyük siyasi islahatlar ili kimi qalacaq: “Dövlət başçısının dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında və “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimində siyasi sistemin gücləndirilməsi və ölkədə siyasi islahatların aparılması ilə bağlı söylədiyi fikirlər 2011-ci ildə bu istiqamətdə bir sıra mühüm addımların atıla biləcəyinə ümid yaradır. BAXCP İdarə Heyəti hökuməti bu istiqamətdə konkret addımlar atmağa çağırır".

BAXCP İdarə Heyəti eyni zamanda “Turizm ili” ilə bağlı yeni təkliflə çıxış edib və “Turizm ili” çərçivəsində Azərbaycanda yeni “Şahdağ” turist şəhərinin əsasının qoyulmasını ölkənin milli maraqları baxımından məqsədəuyğun sayıb: “Bakı şəhərində həyata keçirilməsi nəzərdə tutulan bir neçə iri layihənin təxirə salınması nəticəsində “Şahdağ” turist şəhəri təşəbbüsünün gerçəkləşdirilməsi mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar