BMT-nin bu il üçün əsas prioritetləri açıqlanıb
15 yanvar 2011 11:43 (UTC +04:00)

BMT-nin bu il üçün əsas prioritetləri açıqlanıb

APA-nın məlumatına görə, o, BMT Baş Assambleyasının 65-ci sessiyasının nümayəndələri qarşısında çıxışında il ərzində BMT-nin səkkiz əsas prioritetinin olacağını deyib. Buraya təşkilatın gücləndirilməsi, insan haqları, davamlı inkişaf, qadın hüquqların qorunması və genişləndirilməsi, iqlim dəyişikliyi, humanitar böhranların aradan qaldırılması, silahsızlaşma və daha təhlükəsiz dünyanın yaradılması daxildir.
Təhlükəsiz dünya barədə danışan baş katib diqqəti Əfqanıstan, Yaxın Şərq, İraq, Somali, Nepal və Sudandakı vəziyyətə cəlb edib. O, Cənubi Sudanın statusuna dair keçirilən referendumdan razı qaldığını bildirib.


BMT baş katibi insan haqlarından söz açarkən Beynəlxalq cinayət məhkəməsinin rolunun gücləndirilməsinə, jurnalist azadlığının müdafiəsi və vətəndaş hüquqlarına hörmət olunmasına çağırıb.


O, qadın hüquqlarının qorunmasının da əsas prioritetlərdən olduğunu qeyd edib. Pan Gi Mun xatırladıb ki, bu ildən BMT-də gender bərabərliyini qorumaq və qadın hüquqlarını inkişaf etdirmək üçün “BMT-qadınlar” adlı yeni struktur fəaliyyətə başlayıb. Baş katib bu il BMT-nin yüksək vəzifəli şəxsləri arasında qadınların sayının 40% artırılmasının nəzərdə tutulduğunu deyib, təşkilatda gender bərabərliyinə nail olması üçün səyləri davam etdirəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar