Avropa Komissiyasının prezidenti Azərbaycandadır
13 yanvar 2011 16:46 (UTC +04:00)

Avropa Komissiyasının prezidenti Azərbaycandadır

APA-nın məlumatına görə, bu gün Avropa Komissiyası prezidentinin prezident İlham Əliyevlə görüşü nəzərdə tutulub. Görüş zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bütün spektrləri, o cümlədən energetika məsələləri müzakirə olunacaq. Daha sonra tərəflər “Cənub” dəhlizinin yaradılması barədə və “Müasirləşmə naminə Avropa Birliyi-Azərbaycan tərəfdaşlığı” adlı birgə bəyannamələr imzalayacaqlar. “Müasirləşmə naminə Avropa Birliyi-Azərbaycan tərəfdaşlığı” bəyannaməsində Azərbaycandakı siyasi və iqtisadi islahatlara dəstək ifadə olunacaq.


Joze Manuel Barrozo sabah baş nazir Artur Rəsizadə ilə görüşəcək, daha sonra Bakı Dövlət Universitetində Azərbaycan-Avropa İttifaqı münasibətləri mövzusunda mühazirə söyləyəcək. Avropa Komissiyasının prezidenti yanvarın 14-də Azərbaycandan Türkmənistana yola düşəcək.

Barrozonu müşayiət edənlər arasında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger də var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar