
Azərbaycan prezidenti pravoslav xristianları Milad bayramı münasibətilə təbrik edib
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısının təbrikində deyilir: “Hörmətli həmvətənlər! Müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycanda ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olan xalqlar və etnik azlıqlar həmişə sülh və əmin-amanlıq içində yaşamış, səmavi dinlər əsrlər boyu qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərmişlər. Biz mütərəqqi milli-tarixi ənənələr üzərində bərqərar olmuş müasir cəmiyyətimizdə hökm sürən tolerantlığı, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini Azərbaycan dövlətçiliyinin misilsiz nailiyyəti kimi qiymətləndirir və haqlı olaraq bununla fəxr edirik. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə bundan sonra da daimi diqqət və qayğı göstəriləcəkdir. Əziz həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin. Bayramınız mübarək olsun!”
Oxşar yazılar

Prezidentin Moskva səfəri niyə təxirə salındı? - SƏBƏBLƏR MƏLUM OLDU
7 may 2025 , 20:46
Türkiyə və İsrail hərbi toqquşmanın astanasındadırmı? - Ekspert qiymətləndirir
7 may 2025 , 19:59
İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaq
7 may 2025 , 19:39
Qarabağa QAYIDIŞ fiziki köç deyil – Bizi ora çəkən KOD YADDAŞI
7 may 2025 , 14:51
Azərbaycan Hindistana uçuşları dayandırdı
7 may 2025 , 11:14
Azərbaycan Pakistana hərbi hücumları pislədi - BƏYANAT
7 may 2025 , 10:51
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
6 may 2025 , 19:37