Azərbaycan Türkiyə ilə birgə döyüş sursatları istehsal edəcək
Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyindən məlumat verilib. Artıq bununla bağlı bir neçə Türkiyə şirkəti və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin analoji zavodu arasında müvafiq müqavilələr imzalanıb, Azərbaycana texniki yardımlar göstərilib. Müqavilələr çərçivəsində müasir texnologiyaların tətbiqi ilə atıcı silahlar, aviasiya və artilleriya silahları üçün müxtəlif döyüş sursatlarının, reaktiv atəş sistemləri üçün raketlərin istehsalı həyata keçiriləcək.
Gələn ildən başlayaraq Azərbaycan müəssisələrində istehsal olunacaq iri çaplı döyüş sursatlarının həm Azərbaycan və Türkiyə silahlı qüvvələrinin təchizatı, həm də xarici bazarlara çıxarılması nəzərdə tutulur.
Katiblikdən o da bildirilib ki, 2010-cu ildə müştərək istehsala dair Türkiyə və Azərbaycan arasında 5 müqavilə imzalanıb. Bu müqavilələrdən ikisi sırf döyüş sursatlarının istehsalına aiddir.

Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27