Millət vəkili Qənirə Paşayeva əsgərlərlə görüşüb
27 dekabr 2010 18:48 (UTC +04:00)

Millət vəkili Qənirə Paşayeva əsgərlərlə görüşüb

APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Fizuli Rzaquliyev, müavini Mübariz Quliyev, Respublika Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Hacı Rəfiqə Əsgərova, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Həvva Məmmədova və başqaları iştirak edib. Tədbirdə çıxış edənlər əsgərlərə bayramlar ərəfəsində xidmətlərində möhkəm olmağı tövsiyə ediblər. Qənirə Paşayeva bayram günlərində əsgərlərlə birlikdə olmağın çox vacib olduğunu bildirib: “Mən arzu edirəm ki, inşallah Ali Baş Komandanın başçılığı və hərbiçilərimizin iştirakı ilə torpaqlarımızı işğaldan azad edəcək və gələn il Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili işğaldan azad torpaqlarımızda qeyd edəcəyik”.

Çıxışlardan sonra xidmətdə fərqlənən əsgərlərə və zabitlərə hədiyyələr təqdim edilib. Daha sonra tədbir konsert proqramı ilə davam edib.
# 1138

Oxşar yazılar