“Ruslar ermənilərə silah ötürməklə çox şey uduzdular”
17 mart 2009 15:15 (UTC +04:00)

“Ruslar ermənilərə silah ötürməklə çox şey uduzdular”

Bunu Nikson Mərkəzinin prezidenti Dmitri Sayms deyir

Nikson Mərkəzinin prezidenti Dmitri Saymsın APA-ya müsahibəsi

- Sizcə Cənubi Qafqazda baş verən avqust münaqişəsindən və daha sonra Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah ötürməsindən sonra, rəsmi Vaşinqton nə üçün regionda ən yaxın iki müttəfiqinin müdafiəsinə dair bir addım atmadı?

- Mən bu məsələdə Azərbaycan və Gürcüstanı ayırardım. Azərbaycana gəldikdə, bu ölkənin rəhbərliyi çox məsuliyyətli davrandı. Biz Rusiyaya qarşı hər hansı bir təxribatı müşahidə etmədik. Və siz Rusiyanın Ermənistana silah ötürməsinin doğurduğu narahatlığı düzgün qeyd edirsiniz. Ermənistan bəlli olduğu kimi Rusiya strateji baxımdan yaxındır. Gürcüstan məsələsində biz kimin kimə hücum etdiyini bilirik. Bu, rusların təxribatı nəticəsində baş verib. Bizlərdən heç kim Rusiyanın məlum davranışını tərifləmək niyyətində deyil. Eyni sözləri biz müharibədən sonra baş verən hadisələr haqqında, yəni Cənubi Osetiyanın yerli gürcü kəndlərində aparılan etnik təmizləmə haqqında deyə bilərik.

Lakin hesab etmirəm ki, Amerikanın Gürcüstana daha çox yardımından söhbət getməlidir. Biz onlara o qədər dəstək göstərdik ki, Saakasvilinin ağlına Rusiyaya qarşı güc tətbiq eləmək gəldi. Hesab etmirəm ki, avqust hadisələri Gürcüstanın və xüsusən də ABŞ maraqlarında idi.

- Azərbaycan avqust münaqişəsi zamanı Rusiyanı qıcıqlandırmasa da, bu, rəsmi Moskvaya Ermənistana 800 milyon dollarlıq silah ötürməsinə mane olmadı.

- Rusiya bu məsələdə çox şey uduzdu. Bu, Rusiya-Azərbaycan dialoqunun vacib mövzusu olmalıdır. Hər bir dövlət kimi Azərbaycanın da haqqı var ki, bu məsələnin onlar üçün ən vacib məsələ olduğunu bildirsin. Rusiyanın cavabı Azərbaycanın da gələcək addımlarına təsir edəcək.

- Mövcud vəziyyətdə Azərbaycan üçün ən məqbul xarici siyasət nədən ibarət olmalıdır?

- Əlbəttə Gürcüstanın müstəqilliyini dəstəkləmək lazımıdır. Gərək başa salasınız ki, bundan sonra Gürcüstanın parçalanması istiqamətində atılacaq addımlar region üçün ciddi problemə çevriləcək. Eyni zamanda Azərbaycan gərək özünü Saakasvilinin hərəkətləri ilə heç bir formada əlaqələndirməsin. Yeri gəlmişkən Gürcüstanın bütün Qərbyönümlü siyasətçiləri Saakasvilinin siyasətinə qarşı çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3589

Oxşar yazılar