“Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair bütün diplomatik təşəbbüsləri dəstəkləməyə hazırıq” - MÜSAHİBƏ
Avstriyanın xarici işlər naziri: “Bakıda səfirliyimizin açılması münasibətlərimizin inkişafı üçün yeni platforma yaratmağa imkan verəcək”
Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqerin Azərbaycana səfər ərəfəsində APA-ya eksklüziv müsahibəsi
- Azərbaycanla Avstriya arasında münasibətlərin səviyyəsini necə dəyərləndirirsiniz?
- Ölkələrimiz arasında münasibətlər nəinki yaxşıdır, hətta hər iki tərəf üçün geniş imkanlar açır. İqtisadiyyat, elm, turizm, mədəniyyət, energetika kimi bir çox sahələr var ki, ölkələrimiz bu sahələrdə sıx əməkdaşlıqdan yalnız qazana bilər. Avstriyanın Azərbaycanda səfirliyinin açılmasının və ölkənizə səfərimin məqsədi də budur. Əminəm ki, bu, ikitərəfli münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi üçün təkan nöqtəsi olacaq.
- Avstriyanın Bakıda səfirliyinin açılması ölkələrimiz arasında ikitərəfli münasibətlərə necə təsir göstərə bilər?
- Səfirlik Bakıda Avstriya kitabxanası təşkil etməklə yanaşı, münasibətlərimizin inkişafı üçün yeni platforma yaratmağa imkan verəcək. Həmçinin səfirliyin açılması ölkənizlə, hökumətlə birbaşa əlaqə yaratmağa, elm, kütləvi informasiya vasitələri, iqtisadi sahələrdə əlaqələr qurmağa şərait yaradacaq. Səfirliyimiz Azərbaycana gələn Avstriya vətəndaşlarına, Avstriyaya səfər etmək niyyətində olan Azərbaycan vətəndaşlarına effektiv dəstəyi də təmin etmiş olacaq.
- Avstriya Azərbaycanla hansı sahələrdə əməkdaşlığa daha çox maraq göstərir?
- Ölkələrimiz arasında iqtisadi sahədə bir çox uğurlu layihələr olsa da, əməkdaşlığımızı gələcəkdə daha da genişləndirmək üçün yaxşı potensial mövcuddur. Tikinti biznesi, ekoloji texnologiyalar, səhiyyə və energetika Avstriya şirkətlərinin marağına səbəb olacaq sahələrdəndir. Bundan başqa, biz mədəniyyət, təhsil, elm və elmi tədqiqatlar sahəsində əməkdaşlığın möhkəmləndirilməsində də çox maraqlıyıq.
- Azərbaycanla Avstriyanın energetika sahəsində əməkdaşlığını necə dəyərləndirmək olar?
- Bizim məqsədimiz enerji mənbələrinin və nəqliyyat marşrutlarının diversifikasiyasına nail olmaqdır. Bu baxımdan Azərbaycan “Nabucco” layihəsində əhəmiyyətli rol oynayır. Hesab edirik ki, energetika sahəsində əməkdaşlıq çox şey vəd edir və bu, tərəflər üçün uduşlu situasiya yaratmağa imkan verəcək.
- İki ölkə arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir? Səfirlik fəaliyyətə başladıqdan sonra ticarət dövriyyəsinin daha da artacağını gözləmək olarmı?
- Ötən il Azərbaycandan Avstriyaya 37,3 milyon, Avstriyadan Azərbaycana isə 42 milyon dollar avro həcmində məhsul ixrac olunub. Əminəm ki, Bakıda səfirliyimiz fəaliyyətə başladıqdan sonra ölkələrimiz arasında münasibətlər daha da aktivləşəcək və bu, iki ölkə arasında ticarət dövriyyəsinin həcminə də təsir göstərəcək.
- Avstriyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?
- Davam edən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avropa İttifaqının bu regionla münasibətdə əsas hədəflərindən biridir. Avstriya tam şəkildə ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. Biz, ümumiyyətlə, münaqişənin sülh yolu ilə nizamlanmasına dair bütün diplomatik təşəbbüsləri dəstəkləməyə hazırıq. Ötən ilin dekabrında keçirilən ATƏT xarici işlər nazirlərinin Afina toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş siyasi bəyannamə tərəflərə sülh sazişinə dair danışıqlara başlamağı təklif edir. Ümidvaram ki, Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh razılaşmasının əldə olunması üçün fikir ayrılıqlarını aradan qaldıra biləcək.

466