Məcburi köçkünlər üçün 3 milyard dollar xərclənib
Hüseynqulu Bağırov: “Ermənistanın tək Araz çayına sənaye tullantıları atmasına görə müharibə başlaya bilər”
“Bu günə qədər məcburi köçkünlərin problemini həll etmək üçün 3 milyard dollar xərclənib”.
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün ombudsmanların VIII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov söyləyib.
Əli Həsənov deyib ki, bu vəsaitin 2 milyard dolları Azərbaycan dövləti, 1 milyard dolları isə beynəlxalq təşkilatların, xarici dövlətlərin payına düşür. O bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkünlərin hüquqları pozulub. Əli Həsənov münaqişənin həllini vacib sayıb, əks halda insanların hüquqlarının pozulmasının davam edəcəyini vurğulayıb: “Beynəlxalq ictimaiyyət Ermənistanın əməlləri qarşısında sakit durmamalı, reaksiya verməlidir. Azərbaycan BMT və digər beynəlxalq təşkilatların bütün istəklərinə əməl edib, hətta Qarabağa dünyada ən yüksək özünü idarəetmə statusu verməyə hazırdır. Ancaq Ermənistan yenə də məsələnin həllinə müsbət yanaşmır və bununla da 1 milyon azərbaycanlı qaçqının insan hüquqlarının pozulması davam edir”.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ekoloji problemlərə diqqət çəkib. Onun sözlərinə görə, Gürcüstan Kür çayına məişət tullantıları, Ermənistan isə Araz çayına məişət tullantıları ilə bərabər, sənaye tullantıları da atır. Gürcüstan tərəfi bunu etiraf edir və problemin həllinə çalışdığını bildirir, sadəcə, bunun üçün vəsaitlərin çatışmadığını bəyan edir: “Amma Ermənistan problemin həllinə çalışmır, qəsdən Araz çayına sənaye tullantıları atır. Bunun nəticəsində çayda metal tullantıların çəkisi artır. Bu, birbaşa insanların sağlamlığına ziyandır”.
Hüseynqulu Bağırov vurğulayıb ki, istənilən dövlət tərəfindən Ermənistanın bu addımı müharibə arqumenti kimi də qəbul edilə bilər: “Ermənistanın tək Araz çayına sənaye tullantıları atmasına görə müharibə başlaya bilər. Ermənistanın bu addımını müharibə təhdidi kimi qəbul edə bilər”.
Ekologiya və təbii sərvətlər naziri onu da nəzərə çatdırıb ki, Aran zonasında çay daşqınları zamanı Ermənistan su anbarlarında yığdığı su kütləsini buraxıb: “Normal ölkələrdə əslində sel zamanı çaylarda su anbarlara yığılır, vəziyyət normallaşan zaman həmin su çaya axıdılır. Ermənistanın addımı Azərbaycanda daşqınlarla bağlı fəlakətin miqyasının artmasına təkan olub”.
Vüqar Baba

418