Yuxuya tez getməyin  ən sadə üsulu
17 iyul 2023 14:42 (UTC +04:00)

Yuxuya tez getməyin ən sadə üsulu

Somnoloq Maykl Breus tez yuxuya getməyin yollarını açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssis bildirir ki gecənin bir yarısı yuxudan oyanmaq yuxu pozğunluğundan xəbər verir.

Onun sözlərinə görə, bu zaman sadə nəfəs alma təcrübəsinin köməyi ilə ürək döyüntüsünü azaltmaq lazımdır:

“Nəfəs almanıza nəzarət etmək və nəticədə tez yuxuya getmək vacibdir. Bu üsuldan həm yatmazdan əvvəl, həm də gecə yarısı qəfildən oyandığınız zaman istifadə edə bilərsiniz. 4 saniyə ərzində ağzınızdan dərindən nəfəs alın. Nəfəsinizi 7 saniyə saxlayın. Bu metodologiyanın ən vacib hissəsidir. 8 saniyə ərzində ağızdan nəfəsinizi verin.

Yuxuya getdiyinizi hiss edənə qədər bu nümunəni ən azı dörd dəfə və ya daha çox təkrarlayın. Çox güman ki, "4-7-8" üsulu ilə nəfəs alarkən, necə yuxuya getdiyinizi belə hiss etməyəcəksiniz. Bu üsulu mütəmadi olaraq tətbiq etsəniz, yuxuya getmə ilə bağlı problem qalmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8535
avatar

Arzu Qurbanlı

Oxşar yazılar