Alimlər yuxusuzluğun nələırə səbəb olduğunu açıqlayıblar.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər müəyyən ediblər ki, yuxusuzluq sizi qocalda bilər.
Çoxları yuxusuzluğun yalnız xroniki halına gəldiyi zaman təhlükə yaratdığına inanır. Ancaq göründüyü kimi, yuxusuz bir gecə belə sağlamlığınıza zərər verə bilər. Yuxusuz bir gecədən sonra insanlar özlərini yorğun hiss edirlər. Bu, yalnız istirahət edə bilmədiyiniz üçün deyil, həm də yuxu çatışmazlığından sonra beynin strukturunda dəyişikliklərin baş verməsidir.
Alimlər bir sıra araşdırmalar zamanı müəyyən ediblər ki, yuxu olmaması səbəbindən beyin daha tez qocalır. Xüsusilə, yalnız bir yuxusuz gecə bəzi insanlarda beynin il yarım qocalmasına səbəb olur.