Yayda balıq yemək olarmı? - CAVAB
23 avqust 2023 16:39 (UTC +04:00)

Yayda balıq yemək olarmı? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu balıq istehlakı ilə bağlıdır.

Maraqlıdır, görəsən, yay fəslində balıq yemək olarmı?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov bildirib ki, balıq və balıq məhsullarının saxlanma və daşınma qaydası düzgün həyata keçirilərsə yay mövsümündə balıq yemək problem yaratmaz.

Onun sözlərinə görə, həmin məhsulların saxlanması və daşınması məsələsi çətin prosesdir:

“Xüsusilə də yay mövsümündə bu qaydalara ciddi riayət etmək lazımdır. Xəzər dənizinin sahilində yaşadığımızdan sadalanan qaydalara əməl etməklə yay aylarında balıq yemək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2754
avatar

Arzu Qurbanlı

Oxşar yazılar