Yan üstə yatmaq üzünüzə mənfi təsir göstərə bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu vəziyyətdə yatmaq qırışların və üz asimmetriyasının yaranmasına səbəb olur. Bunun səbəbi üzün bir tərəfindəki dərinin bir neçə saat ərzində qırışmış vəziyyətdə olmasıdır.
Yuxudan oyandıqdan sonra üz və boyunda, burundan dodaqların künclərinə qədər uzanan şaquli qırışlar görünə bilər. Zamanla, dəri özünü effektiv şəkildə bərpa etmək qabiliyyətini itirdiyi üçün bu cür dəyişikliklər geri dönməz olur.
Dərinin gəncliyini qorumaq üçün arxa üstə yatmaq lazım olduğu bildirilir. Bu cür yatmaq qırış və şişlik riskini azaldır.