Alimlər xərçənglə müəyyən bir vitamin arasında əlaqə aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar B5 vitamini ilə süd vəzi xərçənginin inkişafı arasında əlaqə tapıblar.
“Myc” geni ilə B5 vitamini arasında müəyyən edilmiş əlaqə xərçəng hüceyrələrinin böyüməsini stimullaşdıraraq normal hüceyrə proseslərinə təsir göstərir.
Tədqiqatçılar müəyyən ediblər ki, “Myc” geni multivitamin daşıyıcısının istehsalını aktivləşdirir ki, bu da B5 vitamininin xərçəng hüceyrələrinə daha çox udulmasına kömək edir. Bu proses sürətlə şiş böyüməsi ilə əlaqələndirilir. Bununla belə, alimlər müəyyən ediblər ki, B5 vitamininin pəhriz çatışmazlığı şişin böyüməsini ləngidə bilər və döş xərçənginin müalicəsində yeni imkanlar açır.