Xərçəngə qarşı fərdiləşdirilmiş vaksinlərdə  mühüm irəliləyiş
22 avqust 2026 06:18 (UTC +04:00)

Xərçəngə qarşı fərdiləşdirilmiş vaksinlərdə mühüm irəliləyiş

0

“Moderna” və “Merck” tərəfindən hazırlanan fərdiləşdirilmiş mRNA xərçəng vaksini yüksək riskli melanoma xəstələri üzərində aparılan son mərhələ klinik sınaqda müsbət nəticə göstərib.

Lent.az xəbər verir ki, vaksin “Merck”in Keytruda immunoterapiyası ilə birlikdə istifadə olunub və xəstəliyin yenidən yaranması və yayılması riskini azaldıb.

Müalicənin əsas xüsusiyyəti vaksinin hər xəstə üçün fərdi hazırlanmasıdır. Bunun üçün xəstənin şişindəki genetik dəyişikliklər müəyyən edilir və immun sistemini məhz həmin xərçəng hüceyrələrini tanımağa yönəldən mRNA vaksini hazırlanır.

Şirkətlər bu texnologiyanı ağciyər, sidik kisəsi, böyrək, mədəaltı vəzi və digər xərçəng növlərində də sınaqdan keçirməyə hazırlaşır.

Tam nəticələrin açıqlanması və müvafiq tənzimləyici qurumların qərarından sonra müalicənin geniş istifadəsi mümkün ola bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86

Oxşar yazılar