Uzun müddət televizora baxmağın hansı zərərləri var?
25 sentyabr 2023 10:35 (UTC +04:00)

Uzun müddət televizora baxmağın hansı zərərləri var?

Elm adamları uzun müddət televizora baxmağın zərərlərini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, uzun müddət televizora baxan insanların şifahi yaddaşı zəifdir. 

Araşdırmanın nəticələri London Universitet Kollecini təmsil edən britaniyalı alimlər tərəfindən aparılıb.

Elmi tədqiqatlarda 3 və daha yuxarı yaşda olan 6 mindən çox könüllü iştirak edib. Araşdırmalara görə, televiziya proqramlarının məzmunu da yaddaşa təsir etmək qabiliyyətinə malikdir, beyinə verilən emosional və vizual yük də mühüm rol oynayır.

Mütəxəssislər vurğulayırlar ki, insanın uzun müddət oturmuş vəziyyətdə qalması da beynin vəziyyətinə mənfi təsir göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3219
avatar

Arzu Qurbanlı

Oxşar yazılar