Alimlər ac qalmağın qocalma prosesini ləngitdiyini müəyyən ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, aclıq hissi orqanizm üçün faydalıdır və hətta ömrün uzamasına kömək edir.
Miçiqan Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, insan ac olanda qocalma prosesi sanki donur. Buna görə də elm adamları oruc tutmağı və orta miqdarda qida qəbulunun qocalmanı ləngidə biləcəyini düşünürlər.
Aclığın ömrü uzatdığına əmin olmaq üçün bir sıra laboratoriya tədqiqatları və təcrübələr aparılmalıdır.