"TOYUQ KORLUĞU"  irsi xəstəlikdir? - HƏKİMDƏN AÇIQLAMA
10 mart 2022 17:38 (UTC +04:00)

"TOYUQ KORLUĞU" irsi xəstəlikdir? - HƏKİMDƏN AÇIQLAMA

"Digər xəstəliklər kimi göz xəstəliklərində də irsiyyətin rolu böyükdür. El arasında "Toyuq korluğu", tibbdə isə hemeralopiya (gecə görmə qabiliyyətinin azalması) xəstəliyi də irsən ötürülür". 

Bu sözləri Lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur deyib.

O bildirib ki, genetik xəstəliklərdə olduğu kimi, bu xəstəliyin tam müalicəsi yoxdur:

"Təəssüf ki, bu xəstəliyin tam müalicəsi yoxdur, sadəcə dəstəkverici müalicəsi mövcuddur. Miopiya, hipermetropiya və digər refraktiv görmə qüsurlarında da irsiyyətin rolu danılmazdır. Həmçinin, keratokonus xəstəliyi təqribən 25 faiz hallarda genetik yolla valideynlərdəm uşaqlara keçir".

T.Qəlbinur eyni zamanda, Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin statistikasını da nəzərə çarpdırıb.

Onun sözlərinə görə, hazırda ölkəmizdə 60 yaşdan yuxarı insanların 70%-dən çoxunda başlanğıc katarakta mövcuddur:

"Dünyada 2,2 milyarddan çox insan yaxın və uzağa görmə problemi yaşayır. Onların 1 milyarddan çoxu profilaktika və ya müalicə edilməməsinin nəticəsidir. Buna misal olaraq miopiya, qlaukoma, sarı ləkə xəstəliyi, katarakta və bir çox xəstəliklər aiddir. Hazırda ölkəmizdə 60 yaşdan yuxarı insanların 70%-dən çoxunda başlanğıc katarakta mövcuddur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3435
avatar

Fidan İlqar

Oxşar yazılar