Su ilə yayılan xərçəng növü – Azərbaycanda nə qədər təhlükəlidir?  - ONKOLOQ AÇIQLADI
19 oktyabr 2023 17:02 (UTC +04:00)

Su ilə yayılan xərçəng növü – Azərbaycanda nə qədər təhlükəlidir?  - ONKOLOQ AÇIQLADI

Amerikalı alimlər virus kimi yayılan yeni xərçəng növü aşkar ediblər. Bu xərçəng hətta su vasitəsilə yayıla bilər. 

Bu xəbər yayıldıqdan sonra dünyanın bir çox ölkəsində insanlar panikaya düşüb. Su ilə yayılan bütün xəstəliklər çox sürətlə ətrafı əhatəsinə ala bilir. Ona görə də, insanlar narahat olmaqda haqlıdırlar. 

Aparılan araşdırmalara görə, burada ötürülmə mikroskopik bakteriyalar kimi suyun tərkibində olan şiş hüceyrələri tərəfindən həyata keçirilir. Su içərkən və ya su ilə təmasda olarkən bu şiş hüceyrələri insan bədəninə daxil olur və orada çoxalmağa başlayır. Bu xəstəlik dişləmə və ya cinsi əlaqə yolu ilə də yayılır.

Maraqlıdır, görəsən, Azərbaycanda bu xəstəliyə yoluxan olub?

Məsələ ilə bağlı onkoloq İbrahim Əsədli Lent.az-a açıqlamasında bildirib ki, ölkədə belə bir hala rast gəlinməyib.

Onun sözlərinə görə, xərçəng xəstəliyi psixosomatikdir:

“Daxili ekologiyanın pozulması nəticəsində yaranan atipik hüceyrələrdir. Yəni xərçəng zahirdən insan bədəninə daxil olan hüceyrə deyil. Yaranma səbəbi stresslərlə birbaşa əlaqəlidir. Psixosomatik əlaqələri nəzərə almadan xəstəliyi müalicə etmək doğru deyil. Əlbəttə ki, suda çoxlu bakteriyalar olur. Amma su vasitəsilə insanlar arasında yayılan ən təhlükəli xəstəlik vəbadır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4320
avatar

Arzu Qurbanlı

Oxşar yazılar