Stress həzm prosesinə necə təsir edir?
24 oktyabr 2023 12:26 (UTC +04:00)

Stress həzm prosesinə necə təsir edir?

Sağlam qidalanma üzrə mütəxəssis, həkim Natalia Zubareva stressin həzmə necə təsir etdiyini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, stress bir çox disfunksiya və xəstəliklərin inkişafı faktorudur.

Onun sözlərinə görə, stress zamanı təbii serotoninin çatışmazlığı mədə-bağırsaq traktına qan axınının azalması, bağırsaq və mədə əzələlərinin daralması, həmçinin həzm fermentlərinin istehsalının azalmasına səbəb olur:

 "İlk növbədə, sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərən şeyləri pəhrizdən xaric etmək lazımdır. Bunlar sadə karbohidratlar (tortlar, şirniyyatlar, peçenye və s.) və şəkərli digər qidalardır. Bundan əlavə alkoqol istehlakı dayandırılmalıdır. Tərkibində B vitamini və omeqa-3 yağ turşuları olan qidalar stresslə mübarizə aparmağa kömək edir. Bu maddələr sinir sisteminin sabit işləməsinə kömək edir, beynin damarlarına qan axını yaxşılaşdırır. Stress zamanı orqanizmi maqneziumla zəngin qidalarla dəstəkləmək lazımdır. Çünki bu mikroelementin çatışmazlığı sinir sisteminə mənfi təsir göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2709
avatar

Arzu Qurbanlı

Oxşar yazılar